Rusiyadan Azərbaycana məhsul idxalına qadağa qoyulub

Rusiyadan Azərbaycana məhsul idxalına qadağa qoyulub
# 24 oktyabr 2008 11:23 (UTC +04:00)
Dövlət Baytarlıq Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Rusiya Baş Dövlət Baytarlıq Müfəttişliyinin məlumatına əsasən, Stavropol vilayətində donuzlar arasında kütləvi ölümlə nəticələnən Afrika taunu xəstəliyi müşahidə olunub. Bunu nəzərə alaraq, Dövlət Baytarlıq Xidməti həmin ölkədən heyvan mənşəli məhsullar, yem və yem əlavələrinin gətirilməsinə müvəqqəti qadağa tətbiq edib. Eyni zamanda, Rusiyadan Azərbaycana hava, su, dəmir yolu və digər nəqliyyat vasitələri ilə əl yüklərində gətirilən məhsulları yerindəcə məhv ediləcək.
Qeyd edək ki, Afrika taunu xəstəliyinə görə Azərbaycanda epizootik vəziyyət sabitdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR