Yaxın günlərdə Azərbaycanda «Arıçılıq haqqında» qanun qəbul olunacaq

Yaxın günlərdə Azərbaycanda «Arıçılıq haqqında» qanun qəbul olunacaq
# 24 oktyabr 2008 12:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Yaxın günlərdə Azərbaycanda «Arıçılıq haqqında» qanun qəbul ediləcək. Bu barədə «APA-Economics»ə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib. Nazir müavininin sözlərinə görə, müvafiq qanun layihəsi artıq Milli Məclis tərəfindən birinci oxunuşda bəyənilib.
B.Əliyev qeyd edib ki, bu qanun qəbul edildikdən sonra ölkədə arıçılıq sahəsinin gələcək marketinqi və yerli arı məhsullarının dünya bazarına çıxışı üçün addımlar atılacaq.
Nazir müavini bu gün Azərbaycanda arıçıların öz məhsullarını satması üçün heç bir məhdudiyyətin qoyulmadığını və digər sahibkarlar kimi onlara da bəzi imtiyazlar verildiyini xatırladıb.
B.Əliyevin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində arıçılıq sahəsindən əldə edilən gəlir müəyyənləşdirilməyib. Hazırda bu istiqamətdə işlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR