Azərbaycan spirt idxalını 12 dəfə artırıb

Azərbaycan spirt idxalını 12 dəfə artırıb
# 27 oktyabr 2008 10:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana xarici ölkələrdən 9 184 708,2 litr həcmində alkoqollu içkilər gətirilib. Bu isə 2007-ci ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 13,5% azdır.
Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, ölkəyə idxal olunmuş spirtli içkilərin ümumi dəyəri 12 250,9 min ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il gətirilən məhsul dəyər ifadəsi 5,2% artıb.
Bununla yanaşı, hesabat dövründə ölkəyə 12 201,4 min dollar dəyərində 1 346 063,2 litr spirt idxal edilib. Spirt idxalı 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 12 dəfə, həcm göstəricisi üzrə isə 32,1% artıb.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda 5 289 min dekalitr spirtli içki istehsal edilib. Bunun 1 268,2 min dekalitrini araq, 57,8 min dekalitrini şampan şərabı, 92,9 min dekalitrini konyak, 589,3 min dekalitrini şərab, 3 281,5 min dekalitrni isə pivə təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR