«Azərsun Holdinq» Gürcüstanın yağ bazarının ¼-nə nəzarət edir

Bakı. Rəşad Süleymanov – APA-Economics. Sankt-Peterburqda (Rusiya) keçirilən «Yağ Sənayesi-2008» VIII Beynəlxalq Konfransda Azərbaycanın «Azərsun Holdinq» Şirkətlər Qrupunun məhsulları 8 medal qazanıb. «APA-Economics»in məlumatına görə, bu münasibətlə keçirilən mətbuat konfransında holdinqin nümayəndəsi Kazım Babayev bildirib.
K.Babayevin sözlərinə görə, tədbirə şirkətlər qrupuna daxil olan «Bakı Yağ və Qida Sənaye» ASC-nin istehsalı olan yüksək keyfiyyətli müxtəlif markalı Azərbaycan yağları dequstasiya müsabiqəsində iştirak edərək 8 medal qazanıb və ən yüksək nəticəyə nail olub. Azərbaycanın milli yağları 4 qızıl və 4 gümüş medalla yanaşı xüsusi diplomlarla da təltif olunub.
«Azərsun Holding»in marketinq departamentinin nümayəndəsi Həsən Əsgərov isə qeyd edib ki, hazırda şirkətin istehsal etdiyi yağlar Azərbaycanla yanaşı Gürcüstan, Rusiya və Qazaxıstan bazarlarına da çıxarılır. «Azərsun»un istehsal etdiyi yağların Gürcüstan bazarında payı 20-25% təşkil edir.
H.Əsgərovun sözlərinə görə, Azərbaycanda duru yağın istehlakı ilbəil artır. Belə ki, şirkətin araşdırmalarına görə, 2006-cı ildə ailə başına 2,6 litr duru yağ istehlakı düşdüyü halda, 2007-ci ildə bu göstərici 3,6 litr olub.
Qeyd edək ki, Azərbaycanın duru yağa olan illik tələbatı 25-27 min ton təşkil edir.
«Bakı Yağ və Qida Sənaye» ASC-nin nümayəndəsi Aslan Abdullayev isə bildirib ki, bu gün zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Zavodun gündəlik istehsal gücü 400-450 tondur. Perspektivdə müasir texnologiyaların tətbiqi ilə istehsalı artırmaq planlaşdırılır. Zavod nümayəndəsinin sözlərinə görə, istehsalı daha 25% artırmaq imkanı mövcuddur.

Aqrar-sənaye kompleksi

Deputat: “Taxıl qıtlığı şəraitində Azərbaycanın qabaqlayıcı addımları vəziyyəti sabitləşdirib”

Stavropoldan Azərbaycana 27,6 min ton taxıl tədarük edilib

“Taxıl dəhlizi” sayəsində taxılın qiyməti 440-450 dollardan 350-355 dollara düşüb