Azərbaycanda etil spirt istehsal edən zavod açılacaq

Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanın İmişli rayonunda etil spirt istehsal edən zavodun açılışı olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə «Azersun Holding» Şirkətlər Qrupunun nümayəndəsi Kazım Babayev məlumat verib.
Müəssisənin tikintisinə 2007-ci ilin aprel ayında başlanıb. Müəssisə müasir standartlara cavab verən Azərbaycan, Rusiya və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz olunub.
Müəssisənin gündəlik istehsal gücü 96% tərkibli 300 dekalitr etil spirti olacaq. Zavodda İmişli Şəkər Zavodunda istehsal prosesi zamanı alınmış xammaldan - melasadan istifadə olunacaq.

Aqrar-sənaye kompleksi

"Ziraat Bank" özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrinə yardım etməyə davam edir

Türkiyəli nazir müavini: BTQ ilə daşımaların artırılması ilə bağlı pilot layihə 3 ay ərzində icra ediləcək

Azərbaycan pambığının ixrac dəyəri 54% artıb