Azərbaycan bu il taxıl istehsalını 36% artırıb, idxalını isə 14% azaldıb

Azərbaycan bu il taxıl istehsalını 36% artırıb, idxalını isə 14% azaldıb
# 31 oktyabr 2008 09:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycanda 2,481 mln. tondan artıq taxıl istehsal edilib. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bunun 1,670 mln. tondan artığı buğda olub. Taxıl istehsalı 2007-ci il ilə müqayisədə 36% artıb.
Bu il taxılın məhsuldarlığı 2007-ci ilin müvafiq dövründən 0,9 sentner çox olub. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 790 750,4 ton buğda idxal olunub ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9% azdır.
Qeyd edək ki, ötən ilin payızında və yazında 863 419 hektar sahədə taxıl əkilib. Gələn il üçün isə 620 min ha çox sahədə əkin aparılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR