Azərbaycanın iki rayonunda mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik baza tikiləcək

Azərbaycanın iki rayonunda mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik baza tikiləcək
# 01 noyabr 2008 08:11 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC respublikanın Şəki və Sabirabad rayonlarında «Mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik bazanın tikintisi» üzrə tender keçirir.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə qalib gələn iddiaçı göstərilən obyektin tikinti-quraşdırma işlərini müqavilə bağlandıqdan sonra 150 gün ərzində «Aqrolizinq»ə təhvil verməlidir.
Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, tikinti-quraşdırma işlərinin və istifadə olunan materialların beynəlxalq standartlara uyğunluğu, müqavilənin yerinə yetirilmə müddəti, tikintinin keyfiyyətinə bir il zəmanət barədə öhdəlik təqdim edənlərə və s. meyarlara üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları texniki və maliyyə imkanlarına malik olmalıdır.
Tenderdə iştirak etmək istəyən iddiaçılar 1000 manat məbləğində iştirak haqqı ödəməlidir, tender təklifi və bank təminatını noyabrın 6-dək təqdim etməlidir. Tender təkliflərinin açılması prosedurası noyabrın 7-də keçiriləcək.
Əlaqə tel./faksı: (+994 12) 425 61 29.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR