Ağdamda Atçılıq Zavodunun tikintisinə yaxın vaxtlarda başlanacaq

Ağdamda Atçılıq Zavodunun tikintisinə yaxın vaxtlarda başlanacaq
# 15 aprel 2022 12:52 (UTC +04:00)

Ağdam rayonunun Eyvazbəyli kəndində Qarabağ Atçılıq Zavodunun tikintisinə yaxın vaxtlarda başlanacaq. Bunu "APA-Economics"ə dördüncü nəsil məşqçi Sərxan Tağıyev deyib.

Onun sözlərinə görə, zavodda Qarabağ cinsi olan atların yetişdirilməsi aparılacaq.

Cıdır yarışlarının təşkili məsələsinə toxunan, Sərxan Tağıyev bildirib ki, yaxın aylarda bu yarışların keçirilməsi planlaşdırılır və hazırda atların məşqləri davam edir.

"Ötən il Şuşada Qarabağ atlarının nümayişi təşkil olundu. Bu il həm Şuşada, Ağdamda və Füzulidə böyük tədbirlər olacaq və orada Qarabağ atları mütləq iştirak edəcək",- deyə Sərxan Tağıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR