Azərbaycan Türkiyədən 10 mln. manatlıq suvarma qurğusu idxal edib

Azərbaycan Türkiyədən 10 mln. manatlıq suvarma qurğusu idxal edib
# 16 aprel 2022 14:50 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 8,340 mln. ABŞ dolları (14,178 mln. manat) dəyərində 1 088 ədəd kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğusu idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sözügedən qurğuların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 9,3 dəfə, dəyər ifadəsində isə 2 dəfə artıb.

Qeyd edək ki, dəyər ifadəsində ən çox suvarma qurğusu Türkiyədən gətirilib. Belə ki, hesabat dövründə Türkiyə Azərbaycana dəyəri 6,154 mln. dollar (10,462 mln. manat) olan 79 ədəd kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğusu tədarük edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR