Azərbaycana çay idxalı ixracı 9 dəfəyədək üstələyib

Azərbaycana çay idxalı ixracı 9 dəfəyədək üstələyib
# 18 aprel 2022 16:42 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 2 166,99 min ABŞ dolları dəyərində 354,23 ton çay ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq 7,3% və 33,3% çoxdur.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,40%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 15 359,17 min dollar dəyərində 3 131,12 ton çay idxal olunub. 2021-ci ilin yanvar-mart ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 21,3% artıb, həcmi isə 2,6% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,52% təşkil edib.

2022-ci ilin ilk üç ayında (2021-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 7,1 dəfəyədək, həcm ifadəsində isə 8,8 dəfə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR