Azərbaycanda buğdanın əkin sahəsi kəskin artıb - CƏDVƏL

Azərbaycanda buğdanın əkin sahəsi kəskin artıb - CƏDVƏL
# 18 aprel 2022 17:34 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında 114,1 min hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8% az yazlıq bitkilərin səpini aparılıb. Dövlət Statistika KomitəsindənAPA-Economics”ə verilən məlumata görə, cari ilin yaz əkininin əvvəlindən 4 114,8 hektar sahədə buğda əkilib ki, bu da ötən ilə nisbətdə 3,2 dəfə çoxdur.
Bu dövrdə 2 157,2 hektar sahədə (ötən ilin müvafiq göstəricisindən 31,7% az) qarğıdalı, 29 064,8 hektar sahədə (azalma 0,5%) kartof, 1 650,4 hektar sahədə isə (artım 3,1 dəfə) emal üçün nəzərdə tutulan şəkər çuğunduru əkilib.

Yazlıq bitkilərin əkini üzrə göstəricilər:

Yanvar-mart

2022-ci ilin yanvar-mart ayları 2021-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə

2022

2021

Yaz əkininin əvvəlindən əkilmişdir

114 116,8

117 431,5

97,2

Dənlilər və dənli paxlalı bitkilər (qarğıdalısız)

14 919,5

13 511,3

110,4

onlardan:

buğda

4 114,8

1 291,7

3,2 dəfə

vələmir

4 539,4

5 754,6

78,9

Qarğıdalı

2 157,2

3 158,6

68,3

o cümlədən dən üçün

2 157,2

2 929,6

73,6

Dən üçün günəbaxan

736,0

1 006,7

73,1

Şəkər çuğunduru (emal üçün)

1 650,4

529,8

3,1 dəfə

Kartof

29 064,8

29 198,3

99,5

Tərəvəz

24 611,5

24 676,4

99,7

Bostan bitkiləri

4 356,0

4 100,5

106,2

Birillik otlar

514,9

415,2

124,0

Çoxillik otlar

36 106,0

40 820,2

88,5

Sair yazlıq bitkilər

0,5

14,5

3,4 dəfə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR