2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı sahəsində 1 885,4 min ton buğda istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1% artıb.
Hesabat dövründə ölkədə 572,3 min hektar sahədə buğda əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,7% azdır.
Bununla yanaşı, ötən il ərzində buğda yığımında məhsuldarlıq 32,9 sentner təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 1,2 sentner və ya 3,8% çoxdur.