2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,8 %, süd istehsalı 1,1% və yumurta istehsalı isə 16,1% artıb.