2023-cü ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 895,6 milyon manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu rəqəmin 849,2 milyon manatı heyvandarlıq, 46,4 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.
Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4%, bitkiçilik məhsulları üzrə 1,9% artıb.