Hərraca çıxarılan 3 Qarabağ atından 2-si satıldı - İlk dəfə - FOTOLENT

Hərraca çıxarılan 3 Qarabağ atından 2-si satıldı - İlk dəfə   - FOTOLENT
# 15 aprel 2022 11:23 (UTC +04:00)

Azərbaycanda ilk dəfə olaraq Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının hərrac vasitəsi ilə satışı təşkil olunub.

"APA-Economics" xəbər verir ki, bu gün keçirilən hərracın ilkin mərhələsində üç Qarabağ atı çıxarılıb. Adları “Sultan”, “Sahil” və “Zilaxar” olan bu atlar şəcərəsi, cıdır qabiliyyəti, xarici görünüşü və digər xüsusiyyətlərinə görə xüsusi olaraq seçilib.

Hərracda “Sultan”ın ilkin satış qiyməti 30 min manat, "Sahil"in - 5 min manat, "Zilaxar"ın isə 7 min manatdır.

"Sahil"adlı atın qiyməti hərracda 5 min manatdan 5,5 min manata bahalaşıb və bu qiymətə satılıb. Atı Tərtər rayon sakini Habil İbrahimov alıb.

"Zilaxar" isə hərraca 7 min manata çıxarılsa da 7,5 min manata satılıb. Atın sahibi Bakı sakini Orxan Qardaşxanov olub.

"Sultan" adlı at hərraca çıxarılsa da son nəticədə satılmayıb.

Qeyd edək ki, atların satış qiyməti son hərrac qiymətinə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR