Ötən il Azərbaycana baytarlıq vaksinlərinin idxalı artıb

Ötən il Azərbaycana baytarlıq vaksinlərinin idxalı artıb
# 14 mart 2023 14:27 (UTC +04:00)

2022-ci ildə Azərbaycana 8 mln. 838 min dollar dəyərində 74.77 ton baytarlıq vaksinləri idxal olunub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə məbləğ baxımından 6% və ya 496 min dollar, həcm baxımından isə 14.5% və ya 9.49 ton çoxdur. 2021-ci ildə ölkəyə 8 mln. 342 min dollar dəyərində 65.28 ton baytarlıq məhsulları gətirilib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 3 mln. 114 min dollar dəyərində 29.94 ton, Rusiyadan isə 564.52 min dollar dəyərində 22.03 ton baytarlıq vaksinləri idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR