Ötən il idxal edilmiş 50 min baş diri heyvan zərərsizləşdirilib

Ötən il idxal edilmiş 50 min baş diri heyvan zərərsizləşdirilib
# 17 mart 2023 12:50 (UTC +04:00)

Ölkəyə təhlükəli və istehlaka yararsız qida, heyvan və bitki mənşəli məhsulların idxalının qarşısının alınması məqsədilə müvafiq nəzarət və tənzimləmə tədbirləri nəticəsində aşkar edilmiş 522 sayda uyğunsuzluq halı üzrə 239,9 ton bitki və bitkiçilik məhsulu, 241,3 ton əkin-səpin materialı, 34,6 min ədǝd bioloji fəallığa malik qida əlavəsi, 155 litr alkoqollu içki və 1,1 ton qənnadı məmulatı məhv edilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, həmçinin 4,7 min ton bitki və bitkiçilik məhsulu, 104,9 ton əkin-səpin materialı və 50 min ədəd diri heyvanlarda zərərsizləşdirmə tədbirləri görülüb, 320,6 ton bitki və bitkiçilik məhsulu, 181,8 ton əkin-səpin materialı və 24,7 ton xörək duzu utilizasiya edilib, 12 kq əkin-səpin materialı ixracatçı ölkəyə geri qaytarılıb.

"Hesabat dövründə qida, bitki və heyvan mənşəli məhsulların ixrac potensialının artırılması və idxalçı ölkələrin tələblərinə uyğunlaşdırılması məqsədilə nəzarət və tənzimləmə tədbirləri nəticəsində 380 sayda uyğunsuzluq halı aşkar edilib, 1,9 min ton məhsul barədə zərərsizləşdirmə tədbirləri görülüb və 16 ton məhsul utilizasiya olunub, 85,9 ton məhsul isə məhv edilib", - sənəddə qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR