Qablaşdırılmış məhsulların etiketlənməsi qaydası dəyişəcək

Qablaşdırılmış məhsulların etiketlənməsi qaydası dəyişəcək
# 12 aprel 2022 13:21 (UTC +04:00)

“Qablaşdırılmış məhsulların etiketlənməsi qaydası da yeni qanunun qəbulundan sonra dəyişəcək”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qoşqar Təhməzli deyib.

O bildirib ki, məsələn, süd kalsiumla zəngindir: “Bunu istehlakçıya hansısa xüsusiyyət kimi təqdim etməyə ehtiyac yoxdur. Bu qanunun qəbulundan sonra qablaşdırılmış məhsulların etiketlərinə nəzarət ediləcək. İri sahibkarlıq strukturlarında 2 ildən sonra, kiçik və orta sahibkarlıq subyektlərində 4 ildən sonra HACCP prinsiplərinin tətbiqi nəzərdə tutulur. Alternativ ekspertizaların həyata keçirilməsi məsələsi də qanunda əksini tapır. Sahibkarlıq subyektlərinə müraciət edirik ki, Qida təhlükəsizliyi İnstitutunun nəzdində alternativ laboratoriyaların qurulmasında iştirak edə bilərlər. Bu da özəl laboratoriyalar olacaq. Təhlükəli qidaların reyestri məsələsi də var. Cari nəzarət zamanı aşkar olunmuş təhlükəli qidalar bu reyestrdə əksini tapacaq. Təhlükəli qidalarla bağlı reyestrdəki məlumatlarla həm vətəndaşlar, həm də sahibkarlar tanış ola biləcək.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR