2021/2022-ci payızlıq əkin dövründə ölkə üzrə taxıl əkmiş fermerlərin mütləq əksəriyyəri əkinlərini vaxtında bəyan edərək subsidiyanı ilin əvvəlində almaq imkanı qazanıblar. Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə keçirilən görüşdə Nazirliyin Aparat rəhbəri Rəfail Quliyev deyib.
Onun sözlərinə görə, artıq 2021/2022-ci il üçün ümumilikdə 768 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib.
Bildirilib ki, ödənişin ümumi miqdarı 151,7 mln. manatdan çoxdur.
Taxıl əkən fermerlərə 151,7 mln. manatdan çox subsidiya ödənilib

Aqrar-sənaye kompleksi

"Ziraat Bank" özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrinə yardım etməyə davam edir

Türkiyəli nazir müavini: BTQ ilə daşımaların artırılması ilə bağlı pilot layihə 3 ay ərzində icra ediləcək

Azərbaycan pambığının ixrac dəyəri 54% artıb
