Əfqanıstanda 8 polis öldürülüb

Əfqanıstanda 8 polis öldürülüb
# 14 dekabr 2009 07:40 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanda silahlı islamçılar polis postuna hücum ediblər. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, Bağlan əyalətinin qubernatoru Əkbər Barakzai yerli vaxtla gecə saat 01 radələrində bölgəni paytaxt Kabil şəhəri ilə birləşdirən yolun üzərindəki posta hücum nəticəsində 8 polisin öldürüldüyünü bildirib. Polislərin vəzifəsi ABŞ və müttəfiq qoşunların zəruri ehtiyaclarını təmin edən NATO konvoyunu mühafizə etmək olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR