ABŞ təsadüfən İrana üç döyüş vertolyotu satıb

Vaşinqton-APA. ABŞ-ın tətbiq etdiyi sanksiyalar baxmayaraq, İrana Amerika istehsalı olan üç Bell-412 hərbi-nəqliyyat təyyarəsi satılıb. APA-nın məlumatına görə, iki vertolyot artıq İrana göndərilib, bir vertolyot isə 14 aydır Arlinqton aeroportunda saxlanır. Araşdırma zamanı məlum olub ki, ilk iki vertolyot İtaliyaya göndərilib, sonra vertolyotun alıcıları istehsalçı “Panalpina” şirkətindən ABŞ-dan İrana birbaşa vertolyot göndərməyin nəqliyyat xərcləri ilə bağlı sorğu göndərib. Bundan sonra “Panalpina” şirkəti yükü çatdırmaqdan imtina edib və ABŞ Ticarət Nazirliyinə şikayət məktubu göndərib. Yalnız bundan sonra üçüncü vertolyot Arlinqton aeroportunda saxlanıb.
Qeyd edək ki, bu vertolyotları İran üçün Meksika neft şirkətindən İtaliyanın “Tiber Aviation” firması alıb. Sövdələşmənin ümumi dəyəri 22 milyon dollar olub. Daha sonra İtaliana Elicotteri firması “Panalpina”nın Lüksemburqdakı ofisinə müraciət edərək vertolyotları İtaliyadan İrana göndərmək üçün yardım istəyib. Sənədlərdə bildirilir ki, Meksika mənşəli vertolyotlar İrana İtaliya hökumətinin razılığı ilə göndərilir. ABŞ tərəfi bu alqı-satqını tətbiq olunan sanksiyaların kobud şəkildə pozulması kimi dəyərləndirib.

Asiya

KİV: İranda neft emalı zavodunda partlayış olub, ölən var

Alyaskada ABŞ-Hindistan birgə hərbi təlimləri başlayıb

Cənubi Koreya və ABŞ Yapon dənizində hərbi təlimlərə başlayır