Misirdə qatarla avtomobilin toqquşması nəticəsində 3 alman turisti ölüb

Bakı. İbad Bağırov – APA. Misirdə qatarla minik maşınının toqquşması nəticəsində 3 alman turist həlak olub. APA-nın Misirin xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, hadisə dünən Misirin cənubunda yerləşən Xurqada turizm şəhəri yaxınlığında baş verib. Yük qatarı ilə minik maşınının toqquşması nəticəsində 3 alman turistinin öldüyü, daha 3 turistin və 1 Misir vətəndaşının xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Asiya

Hindistan Amerika şirkətinə 6 dəniz müşahidə təyyarəsi sifariş edib

Livan hərbçiləri batan qayıqdan 27 miqrantı xilas ediblər

İranda toz fırtınası nəticəsində 1632 nəfər xəstəxanaya yerləşdirilib
