Əhməd Davudoğlu Türk-Ərəb Əməkdaşlıq Forumunda iştirak etmək üçün Suriyaya gedib

Əhməd Davudoğlu Türk-Ərəb Əməkdaşlıq Forumunda iştirak etmək üçün Suriyaya gedib
# 15 dekabr 2009 08:32 (UTC +04:00)
Dəməşq-APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türk-Ərəb Əməkdaşlıq Forumunun nazirlər toplantısında iştirak etmək üçün Dəməşqə gedib. APA-nın məlumatına görə, forumda Türkiyə ilə ərəb ölkələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq, bölgədə baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacaq. Müzakirə olunan məsələlər arasında İranın nüvə proqramı, PKK məsələsi diqqət mərkəzində olacaq. Xatırladaq ki, Türk-Ərəb Əməkdaşlıq Forumunun ilk toplantısı ötən il İstanbulda keçirilib. Türkiyənin “ərəb açılımı” adı verilən və islam ölkələri ilə əməkdaşlığı genişləndirməyə yönəlik siyasəti Vaşinqtonda narazılıqla qarşılanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR