Misir prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb

Bakı. İbad Bağırov-APA. Misir prezidenti Hüsnü Mübarək Ankarada ona ayrılmış iqamətgahda Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. APA-nın məlumatına görə, görüş zamanı beynəlxalq və regional məsələlərin inkişafı və iki dövləti maraqlandıran siyasi problemlər müzakirə olunub. Görüşdə iştirak edən Misir prezident administrasiyasının rəsmisi səfir Süleyman Avad mətbuata bildirib ki, tərəflər əsasən Yaxın Şərqdə sülh prosesinin canlandırılması cəhdləri, həmçinin Fələstin probleminin inkişafı prosesləri, Misirin Fələstin anlaşmasının həyata keçmək üçün etdiyi cəhdlər, Fars Körfəzi regionu, İraqdakı vəziyyətdə irəliləyişlər, İranın nüvə proqramı, həmçinin hər iki ölkəni maraqlandıran digər regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
Asiya

BMT Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

Yaponiyanın ən hündür göydələninin tikintisi başlayıb

Təbrizdə yanacaqdaşıyan avtomobil aşıb, ölən və xəsarət alanlar var - VİDEO
