Baş nazir Ərdoğan: “Suriya Türkiyənin ərəb dünyasına çıxış üçün mühüm qapısıdır”

Bakı. İbad Bağırov-APA. “Türkiyə-Suriya əlaqələri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır”. APA-nın məlumatına görə, bu fikirləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan jurnalistlərə açıqlamasında bildirib: “Bəşər Əsədlə bir çox siyasi, iqtisadi, hərbi və ticarət sahəsində əməkdaşlığı müzakirə etdik. Bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir, lakin hesab edirik ki, bu kifayət deyil, biz bu əlaqələri daha da yüksək səviyyədə inkişaf etdirə bilərik”. Ərdoğan dekabrın 23-də böyük bir heyətlə Suriyaya səfər edəcəyini bildirib: “Türkiyə Suriya üçün Qərbə çıxış qapısı olan kimi, Suriya Türkiyə üçün ərəb dünyasına çıxış üçün mühüm qapıdır”. Ərdoğan iki ölkə arasında həmçinin energetika sahəsində əməkdaşlığın genişləndirilməsini mühüm hesab edib. O həmçinin bildirib ki, bu yaxınlarda Hələb-Qazı Əntab dəmir yolu xəttinin təntənəli açılışı olacaq.
Asiya

BMT Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

Yaponiyanın ən hündür göydələninin tikintisi başlayıb

Təbrizdə yanacaqdaşıyan avtomobil aşıb, ölən və xəsarət alanlar var - VİDEO
