Livan sahillərində içərisində 80 nəfər olan yük gəmisi batıb

Bakı. İbad Bağırov-APA. Panama bayrağı altında üzən və içərisində 80 nəfər olan “Dani-2” gəmisi Livan sahillərində batıb. APA-nın məlumatına görə, tufan nəticəsində batan gəmidə olan sərnişinlərin xilasına BMT sülhməramlı qüvvələrinə məxsus 3 gəmi, Livan ordusunun xilasedici gəmiləri, Kiprdə olan Britaniya qüvvələrinə məxsus gəmilər cəlb olunub. Artıq sudan iki nəfərin meyiti çıxarılıb. Güclü külək Tripoli limanından 17 kilometr aralıda aparılan xilasetmə əməliyyatının gedişinə mane olur. Gəmidə insanlarla yanaşı Uruqvaydan Suriyanın Tartus vilayətinə göndərilən 43000 baş qoyun olub. Gəminin heyətinin əksəriyyəti Filippin və Pakistan vətəndaşlarıdır.
Asiya

Hindistan Amerika şirkətinə 6 dəniz müşahidə təyyarəsi sifariş edib

Livan hərbçiləri batan qayıqdan 27 miqrantı xilas ediblər

İranda toz fırtınası nəticəsində 1632 nəfər xəstəxanaya yerləşdirilib
