İran prezidenti Danimarkaya gedib

İran prezidenti Danimarkaya gedib
# 18 dekabr 2009 10:13 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev – APA. İran prezidenti Mahmud Əhmədinejad Beynəlxalq İqlim Dəyişiklikləri sammitində iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagenə gedib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, M. Əhmədinejad Kopenhagendə İranın Danimarkadakı səfiri və bu ölkədə yaşayan bir qrup İranlı tərəfindən qarşılanıb.

Qeyd edək ki, Kopenhagen toplantısında müxtəlif ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edir. İran prezidenti bəzi ölkə başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR