Suriyanın eks-prezidenti Əmin Hafiz vəfat edib

Bakı. İbad Bağırov-APA. Suriya eks-prezidenti Əmin Hafiz uzun sürən xəstəlikdən sonra Hələb hərbi hospitalında dünyasını dəyişib. APA-nın ”Əl-Qüds” qəzetinə istinadən yaydığı məlumata görə, 88 yaşlı sabiq prezidentin üzərində 2 dəfə cərrahiyə əməliyyatı aparılsa da, onun səhhətində irəliləyiş qeydə alınmayıb.
Xatırladaq ki, Əmin Hafiz 1921-ci ildə Hələb şəhərində anadan olub. 1946-cı ildə hərbi fakültəni bitirdikdən sonra 1948-ci il Suriya-İsrail müharibəsinin iştirakçısı olan Əmin Hafiz 1958-ci il ildə Suriya Misir vahid dövlətinin qurulmasında aktiv iştirak edən görkəmli zabitlərdən biri olub. O 1963-1966-cı illərdə Suriya prezidenti olub.

Asiya

Hindistan Amerika şirkətinə 6 dəniz müşahidə təyyarəsi sifariş edib

Livan hərbçiləri batan qayıqdan 27 miqrantı xilas ediblər

İranda toz fırtınası nəticəsində 1632 nəfər xəstəxanaya yerləşdirilib