İran BMT-dən kompensasiya tələb edəcək

İran BMT-dən kompensasiya tələb edəcək
# 19 dekabr 2009 08:30 (UTC +04:00)
Tehran – APA. İran prezidenti Mahmud Əhmədinejad BMT-nin baş katibi Ban Gi Muna məktub göndərmək niyyətindədir. Məktubda dövlət başçısı öz ölkəsi adından İkinci Cahan Müharibəsi dövründə İrana dəyən zərərə görə kompensasiya tələb etmək niyyətindədir.

APA-nın IRNA agentliyinə istinadən verdiyi məlumata görə, M.Əhmədinejad Kopenhagendə keçirdiyi mətbuat-konfransında bildirib ki, müharibə illərində SSRİ, ABŞ və Böyük Britaniya İranın ərazisi və infrastrukturundan istifadə etməklə ölkəyə ziyan vurublar. «Bu dövlətlər (Almaniya üzərində qələbədən sonra) kompensasiya tələb edib və onu alıblar. İran isə neft sənayesinin milliləşdirilməsinin qarşısını almaq üçün ABŞ-ın müharibədən 10 il sonra təşkil etdiyi hərbi çevrilişdən başqa heç nə almayıb», - deyə İran prezidenti vurğulayıb.

M.Əhmədinejad əlavə edib ki, İran mütəxəssisləri dəyən zərəri hesabladıqdan sonra bununla bağlı məktubu baş katib Ban Gi Muna göndərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR