İran XİN: Silahlı Qüvvələrimizin İraq ərazisindəki neft mədənini işğal etməsi barədə xəbərlər Qərb mətbuatının şayiəsidir

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, o, İranın əleyhinə yönəldilən belə məlumatların qərəzli olduğunu və iki ölkə arasında münasibətlərin pozulması məqsədini daşıdığını bildirib.
«İran və İraqı istəməyən qüvvələr iki ölkənin yaxın münasibətlərindən, eləcə də İranın digər qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsindən narahat olub, bu cür şayiə xarakterli xəbərlərə əl atırlar» - deyən R. Mehmanpərəst əlavə edib ki, İranla İraq və ya digər qonşu ölkələr arasında istənilən münasibətlər hərbi deyil, qanuni yolla həll olunur.
Qeyd edək ki, ötən gün Qərb mətbuatı İran hərbi qüvvələrinin İraqın İranla həmsərhəd Maysan əyalətindəki neftlə zəngin Fakka rayonuna daxil olduğu barədə məlumat yayıb.

Asiya

İraq 25 Əfqanıstan vətəndaşını azadlığa buraxıb

ISW: Rusiyaya İran raketlərinin tədarükü ilə bağlı razılıq əldə oluna bilər

Honq Konq polisi triadalara qarşı xüsusi əməliyyat zamanı 6400 nəfəri saxlayıb