Misir prezidenti Hüsni Mübarək İran parlamentinin spikeri Əli Laricani ilə görüşüb

Bakı. İbad Bağırov-APA. Misir prezidenti Hüsni Mübarək ölkədə səfərdə olan İran parlamentinin spikeri Əli Laricanini qəbul edib. APA-nın “Əl-Arabiya” telekanalına istinadən yaydığı məlumata görə, 2 saat davam edən görüşdə iki dövlət arasındakı həllini tapmamış məsələlər, dünyada və regionda müştərək maraq doğuran problemlər müzakirə olunub. Laricani jurnalistlərə verdiyi müsahibədə Mübarəklə görüşünün yüksək səviyyədə keçdiyini bildirib. O keçirilən görüşü iki dövlət arasında əlaqələrin inkişafında əsas açar adlandırıb.
Asiya

KİV: İranda neft emalı zavodunda partlayış olub, ölən var

Alyaskada ABŞ-Hindistan birgə hərbi təlimləri başlayıb

Cənubi Koreya və ABŞ Yapon dənizində hərbi təlimlərə başlayır
