Nəfi Dəmirci: “Türkiyənin Türk Dünyası ilə bağlı bir siyasəti yoxdur” - MÜSAHİBƏ

“Türkiyə hökuməti yalnız ermənilər Qarabağdan çıxandan sonra onlarla danışmaq barədə fikirləşməlidir”
Yenicə çapdan çıxmış 800 səhifəlik “Mosulun siyasi tarixi” kitabının müəllifi, doktor Nəfi Dəmircinin APA-ya eksklüziv müsahibəsi
- Siz İraq türklərinin durumu ilə bağlı 6 kitab yazmısınız. “Mosulun siyasi tarixi” kitabınız yenicə çapdan çıxıb. Tədqiqatlarınızla bağlı nə demək istərdiniz?
- “Mosulun siyasi tarixi” adlı son kitabımda Birinci Dünya müharibəsi illərində Mosul uğrunda aparılan mübarizə, Mondros sazişindən sonra Ali İhsan paşanın Mosuldan çəkilməsi, Atatürkün “Nitq”ində Ali İhsan paşa ilə bağlı dedikləri, 1920-ci ildəki kürd üsyanları, 1923-cü ildəki Lozanna sazişi, İkinci Lozanna sazişindən sonra Mosul problemi 1 ildə həll edilmədiyinə görə məsələnin BMT-yə həvalə edilməsi və orada Türkiyənin əleyhinə qəbul edilən qərar, 1926-cı il sazişi və s. məsələlər kitabda öz əksini tapıb. 1926-cı il sazişinə görə, Türkiyənin Mosula müdaxilə haqqı vardı - ancaq 1946-cı ildə imzalanmış sazişlə Türkiyənin bölgəyə müdaxilə haqqı bir qədər məhdudlaşmışdı. Bölgədəki bütün məsələlər Kərkük probleminin üzərində düyünlənir. Kərkük bu gün Orta Şərqin qapısı olan bir şəhərdir - o qapını kim açarsa, bölgəyə hakim olacaq. Kitabımda o dönəmdəki erməni üsyanlarına da geniş yer vermişəm. Ermənilər yunanlarla əməkdaşlıq edib Bursanın işğalına qatılmışdılar. 1920-ci ildə isə ermənilər Bərzani ilə əməkdaşlıq edib Atatürkə qarşı savaşıblar.
- Məsut Bərzaninin babasımı?
- Məsut Bərzaninin atası Molla Mustafa Bərzanidir. İki ildə 1400-dən çox mənbə araşdırmışam. Kitabdakı nöqsanlar barədə tarixçilər fikir bildirəcəklər, ancaq mən bölgəni yaxından tanıdığıma görə bildiklərimi mənbələrə söykənərək yazdım. Mən uşaqlarımıza türk tarixini obyektiv şəkildə təqdim etməyə çalışıram. Mənim inamıma görə, böyük Atatürkün “Nitq”i hamımız üçün dəfələrlə oxumalı olduğumuz möhtəşəm bir mənbədir.
- Ömrünün sonuna yaxın Bülent Ecevit İsmət paşa ilə bağlı bir xatirəsini ortaya atdı: “Bir gün İsmət paşa mənə dedi ki, Atatürk nəyin bahasına olursa-olsun, Mosulu yenidən almağı mənə vəsiyyət etmişdi”. Bu barədə nə demək istərdiniz?
- Doğrusu, mən onunla bağlı hər hansı sənədə rast gəlmədim. Sənədi olmayan bir xatirəni də kitabımda yazmaq istəmədim.
- Son illərdə Türkiyənin Kərküklə bağlı fəal siyasət yürütdüyünü görürük...
- “Türkiyənin Kərkük siyasəti” deyəndə nəyi nəzərdə tuturuq - oranın yeraltı sərvətlərini, yoxsa oradakı türk varlığını? Əgər söhbət oradakı türk varlığından gedirsə, onda gəlin bu fakta diqqət yetirək: mənim hörmətli xarici işlər nazirim 20 gün əvvəl Bağdada və Bəsrəyə getdi. Oradan qayıdanda Kərkükə dəymədən Ərbilə getdi - Molla Mustafa Bərzaninin şəklinin altında Tələbani və Bərzani ilə görüşdü. Əgər Türkiyənin bir siyasəti olsaydı, nazir mütləq Kərkükə gedərdi. Mən bu barədə məqalələrimdə daim yazıram. Bu gün Türkiyənin Türk Dünyası ilə bağlı bir siyasəti yoxdur. Bunu azərbaycanlıların da, kərküklülərin də bilməsi lazımdır. Baxın, bu “açılım” məsələsi Türkiyəni böldü. 1919-cu ildə erməni-kürd ittifaqı qurulub. Məndə o vaxtın xəritəsi var - bir tərəfdə “Böyük Ermənistan”, digər tərəfdə “Böyük Kürdüstan” yaradılması nəzərdə tutulur. Bu gün İraqdakı kürd-şiə ittifaqını Türkiyənin indiki hökuməti məqsədəuyğun hesab etməkdədir.
- Qarabağ məsələsinə bu siyasətlər prizmasından baxanda nə görünür?
- Əlbəttə ki, Qarabağ məsələsi də eyni siyasi dizaynlar içində yer tutur. Hökumətin sərhədləri açmağa cəhd etməsi-böyük səhvdir. Hökumət ermənilərə bunu deməlidir: “Qarabağdan çıxın, ondan sonra biz fikirləşərik”. “Sərhədi açarıq” yox, məhz “düşünərik”! Ancaq hökumət ermənilərə deyir ki, gəlin razılaşaq. Ermənistan dövlət başçısı da deyir ki, biz Qarabağdan çıxmarıq. Hökumət isə onlarla protokol imzalayır. Kiprdə də eyni şeyi etmək istəyirlər. Hökumət İraq və Ermənistan siyasəti üzərində yenidən ciddi şəkildə düşünməlidir. Tarix təkrar edir və biz uduzuruq.

Asiya

Hindistan Amerika şirkətinə 6 dəniz müşahidə təyyarəsi sifariş edib

Livan hərbçiləri batan qayıqdan 27 miqrantı xilas ediblər

İranda toz fırtınası nəticəsində 1632 nəfər xəstəxanaya yerləşdirilib