Mirhüseyn Musəvi Qum-Tehran yolunda hücuma məruz qalıb

Bakı – APA. İran müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvi naməlum şəxslərin hücumuna məruz qalıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qum-Tehran yolunda motosikletlə hərəkət edən şəxslər M. Musəvinin avtomobilinin hərəkətini əngəlləyiblər. İnsident zamanı avtomobilin arxa şüşəsi sındırılıb, müxalifət liderini müşayiət edən şəxslərdən biri və 1 xuliqan yaralanıb. M. Musəvi ayətullah Müntəzirinin dəfn mərasimindən qayıdırmış.
Asiya

KİV: İranda neft emalı zavodunda partlayış olub, ölən var

Alyaskada ABŞ-Hindistan birgə hərbi təlimləri başlayıb

Cənubi Koreya və ABŞ Yapon dənizində hərbi təlimlərə başlayır
