Mahmud Əhmədnejad: “İkinci dünya müharibəsində İrana dəyən ziyanın əvəzini istismarçılara ödətdirəcəyəm”

Bakı. Süleyman Fərzəliyev-APA. İran prezidenti Mahmud Əhmədnejad İranın daxilində növbəti səfərini Fars vilayətinə edib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, M. Əhmədnejad bu gün Şiraz şəhərində böyük kütlə qarşısında çıxış edərək deyib: “II Dünya Müharibəsində İrana vurulan bütün zərərin əvəzini istismarçılara ödətdirəcəyəm”.
İran prezidenti II Dünya Müharibəsində istismarçılar tərəfindən İrana külli miqdarda ziyan vurulduğunu, talan edildiyini və bu tarixi faktların İran arxivlərində saxlandığını bildirib. Onun sözlərinə görə, müharibə dövründə İranın milli sərvətləri istismarçılar tərəfindən digər ölkələrə aparılıb.
Mahmud Əhmədnejad İmam Hüseynin (ə.s) Aşura inqilabına işarə edərək, onun qanının qılınca qalib gəldiyini və Aşura gününün azadlıq günü olduğunu bildirib. Prezident İranın 30 illik müstəqilliyi dövründə xalqının məhz İmam Hüseyn inqilabından mənəvi güc alaraq, düşmənlərin qarşısında tab gətirdiyini bildirib.

Asiya

BMT Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

Yaponiyanın ən hündür göydələninin tikintisi başlayıb

Təbrizdə yanacaqdaşıyan avtomobil aşıb, ölən və xəsarət alanlar var - VİDEO