Həsən Səlami: “İranda olan raketlərin missiyası yalnız ölkəni müdafiə etməkdir”

Həsən Səlami: “İranda olan raketlərin missiyası yalnız ölkəni müdafiə etməkdir”
# 22 dekabr 2009 11:41 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “İranda olan raketlərin missiyası yalnız ölkəni müdafiə etməkdir”. Bu sözləri İran İslam İnqilabı Keşişçilər korpusunun baş komandanın müavini Həsən Səlami deyib. APA-nın İRIBNEWS-a istinadən verdiyi məlumata görə, general Məhəmməd Həsən Səlami Simnanda keçirilən mərasimdə deyib ki, İran ona qarşı olan təhdidlərin nəticəsi olaraq, ölkənin daha möhkəm müdafiəsi üçün qoruyucu raketlərin sayını lazımi saya çatdırıb.

General İranın raket sistemin bütövlükdə daxili imkanlar hesabına hazırlandığını qeyd edib. O, həmçinin qeyd edib ki, ölkənin müdafiəsində raket sistemlərinin hazırlanması daha da müasir müdafiə sisteminə uyğun həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR