İranın İsfahan və Nəcəfabad şəhərlərində polislə müxalifət tərəfdarları arasında toqquşmalar olub - YENİLƏNİB

Bakı – APA. İranın İsfahan və Nəcəfabad şəhərlərində islahatçı müxalifət tərəfdarları ilə polis arasında toqquşmalar baş verib. APA-nın İran müxalifətinə yaxın “Jaras” saytına istinadən verdiyi məlumata görə, İsfahan və Nəcəfabadda ötən həftə sonu vəfat etmiş ayətullah Hüseyn Əli Müntəzirini anmaq üçün toplaşan müxalifət tərəfdarları polisin sərf müdaxiləsi ilə üzləşib. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi, bəzi nümayişçilərin yaralandığı və 50-dən çox müxalifət tərəfdarının həbs olunduğu bildirilir. İsfahanda islahatçıları dəstəkləyən ayətullah Cəlaləddin Taherinin evi hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Nəcəfabadda isə toqquşmalar dekabrın 23-nə keçən gecə başlayıb. Küçələrə çıxan insanlar hakimiyyət əleyhinə şüarlar qışqırıb. Xatırladaq ki, Nəcəfabad mərhum H. Ə. Müntəzirinin doğulduğu şəhərdir.
Nəcəfabadda isə toqquşmalar dekabrın 23-nə keçən gecə başlayıb. Küçələrə çıxan insanlar hakimiyyət əleyhinə şüarlar qışqırıb. Xatırladaq ki, Nəcəfabad mərhum H. Ə. Müntəzirinin doğulduğu şəhərdir.
Asiya

BMT Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

Yaponiyanın ən hündür göydələninin tikintisi başlayıb

Təbrizdə yanacaqdaşıyan avtomobil aşıb, ölən və xəsarət alanlar var - VİDEO
