Banqladeşdə partlayışda 15 nəfər ölüb, 100-dən çox insan yaralanıb - YENİLƏNİB

Banqladeş

© APA | Banqladeş

# 07 mart 2023 20:44 (UTC +04:00)

Banqladeşin paytaxtı Dəkkə şəhərinin Gülüstan rayonunda partlayış zamanı ölənlərin sayı 15-ə çatıb. Yaralı sayı 100-dən çoxdur.

APA xəbər verir ki, bu barədə yerli “The Daily Star” nəşri yazıb.

***

16.52

Banqladeşin paytaxtı Dəkkə şəhərinin Gülüstan rayonunda partlayış baş verib və nəticəsə azı 9 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “The Daily Star” nəşri yazıb.

Qeyd olunub ki, partlayış nəticəsində başlamış yanğını söndürmək üçün hadisə yerində 11 yanğınsöndürmə briqadası çalışır.

Həmçinin o da əlavə olunub ki, 100-dən çox yaralı Dəkkə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Partlayışın baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR