Türkiyə və Suriya arasında danışıqlar terrorla mübarizəyə əngəl deyil.
APA CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“ABŞ və bəzi Avropa ölkələri görüşlərə qarşıdır. PKK/YPG-ni dəstəkləyənlər dialoqa qarşıdır”, - nazir əlavə edib.
O, Suriya ilə ikinci təmasın nə zaman olacağı barədə sualı da cavablandırıb.
“Xarici işlər naziri arasında təmaslar üçün yanvar ayı erkən bir tarixdir”, - Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, ötən gün Moskvada Rusiya-Türkiyə-Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə adları çəkilən ölkələrin kəşfiyyat rəhbərləri də iştirak edib.