Əfqanıstanda son bir neçə gündə havanın qəfildən soyuması və güclü qar yağması 20 nəfərin ölümünə və 70 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub.
APA xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLO News” televiziya kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, temperaturun kəskini aşağı düşməsi səbəbi ilə azı 4 min baş mal-qara tələf olub, bir neçə min hektar kənd təsərrüfatı sahəsi yararsız hala düşüb.
Ölkədəki soyuqlar əhalinin çox böyük bir hissəsi üçün ciddi təhlükə yaradır, çünki əhalinin əksəriyyətinin evlərini qızdırmaq imkanı yoxdur.
Xatırladaq ki, daha öncə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi həftə ərzində Əfqanıstanın bəzi bölgələrində havanın temperaturunun 35 dərəcəyə qədər enə biləcəyi barədə məlumat vermişdi.