Ərdoğan: Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisinin sədri olacaq - VİDEO

Ərdoğan: Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisinin sədri olacaq - VİDEO
# 16 may 2023 22:29 (UTC +04:00)

MHP sədri Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri olacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”nin birgə canlı yayımında bildirib.

O qeyd edib ki, Bağçalı təklifi qəbul edib.

Xatırladaq ki, Türkiyədə 14 may 2023-cü ildə keçirilən Prezident və Parlament seçkilərində hakim “Cumhur İttifaqı” 322 yerlə Məclisdə çoxluq əldə edib. 28 mayda isə Prezident seçkilərinin ikinci turu keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR