Türkiyədə baş verən zəlzələ 7,7 bal gücündə olub.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib.
O, zəlzələnin 1939-cu ildə Ərzincanda baş vermiş zəlzələdən sonra ən güclü zəlzələ olduğunu qeyd edib.
Ərdoğan əlavə edib ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasına 9000 axtarış-xilasedici cəlb edilib.
Türkiyə Prezidenti hava şəraitinin xilasetmə işlərinə çətinlik yaratdığını vurğulayıb.