Ərdoğan və Si Cinpin Səmərqənddə görüşüb

Si Cinpin, Rəcəb Tayyib Ərdoğan

© APA | Si Cinpin, Rəcəb Tayyib Ərdoğan

# 16 sentyabr 2022 10:33 (UTC +04:00)

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Çin Xalq Respublikasının Sədri Si Cinpin Səmərqənddə görüşüb.

APA xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb.

Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş keçirib.

Məlumatda o da qeyd olunur ki, görüş bağlı qapılar arxasında keçirildiyi üçün əlavə təfərrüatlar məlum deyil.

Bu gün Ərdoğanın həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə görüş keçirəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR