Etiraz aksiyalarına dəstək olduğu üçün tutulan iranlı aktrisa həbsdən buraxılıb

Etiraz aksiyalarına dəstək olduğu üçün tutulan iranlı aktrisa həbsdən buraxılıb
# 04 yanvar 2023 18:31 (UTC +04:00)

İranlı tanınmış aktrisa Təranə Əlidusti həbsdən buraxılıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə onun vəkili Zəhra Minuyi məlumat verib.

O bildirib ki, hüquqlarını müdafiə etdiyi Təranə Əlidusti bu gün zəmanətlə azadlığa buraxılıb.

Qeyd edək ki, iranlı aktrisa Təranə Əlidusti bir müddət öncə ölkədəki etiraz aksiyalarına dəstək olaraq “İnstagram” səhifəsində hicabsız fotosunu paylaşmışdı və etirazçıları dəstəklədiyi üçün həbs olunmuşdu. Onun həbsi beynəlxalq qadın hüquqları təşkilatları və bəzi ölkələr tərəfindən pislənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR