Hind okeanında Çin gəmisi batıb, 39 nəfər itkin düşüb

Hind okeanında Çin gəmisi batıb, 39 nəfər itkin düşüb
# 17 may 2023 09:09 (UTC +04:00)

Çinə məxsus balıqçı gəmisi Hind okeanında batıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Nəticədə 39 ekipaj üzvü ilə əlaqə itib.

Gəmidə 17 Çin, 17 İndoneziya və 5 Filippin vətəndaşı olub. Telekanaldan verilən məlumata görə, onların hamısı itkin düşənlər siyahısındadır, axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisədən sonra Çin rəhbəri Si Cinpin qəza yerinə əlavə xilasedici qüvvələrin göndərilməsi və beynəlxalq axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi barədə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR