Hindistanda daşqın qurbanlarının sayı artıb

Hindistanda daşqın qurbanlarının sayı artıb
# 28 iyun 2022 08:47 (UTC +04:00)

Hindistanın Assam ştatında daşqında həlak olanların sayı 135 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Hindustan Times” qəzeti məlumat verib.

Ştatda daşqınlar zəifləsə də, bəzi çaylarda sululuq yüksək olaraq qalır. Daşqın zonasında 2 milyon nəfərdən çox insan qalıb. Naqaon bölgəsində vəziyyət xüsusilə ağırdır. Burada dambanın aşması nəticəsində Silçar şəhəri su altında qalıb.

Assam ştatı rəhbərliyi bildirib ki, təbii fəlakətdən 2 254 yaşayış məntəqəsi zərər görüb. Təhlükəli ərazilərdən 200 mindən çox sakin təxliyə edilib. 218 yol və 20 körpü sıradan çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR