Hindistanda məbəddə bədbəxt hadisə zamanı ölənlərin sayı 35-ə çatıb

Hindistanda məbəddə bədbəxt hadisə zamanı ölənlərin sayı 35-ə çatıb
# 31 mart 2023 09:10 (UTC +04:00)

Hindistanın Madhya-Pradeş ştatının İndor şəhərində bir qrup dindarın pilləli quyuya düşməsi nəticəsində məbəddə baş verən qəzada ölənlərin sayı 35-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı AFP yayıb.

Bir nəfərin isə itkin düşdüyü bildirilir.

Daha əvvəl ANI agentliyi 13 nəfərin öldüyünü bildirmişdi.

Faciə dünən möminlər Vişnu tanrısının avatarlarından biri kimi ehtiram göstərilən əfsanəvi kral Ramanın zühur gününü qeyd etmək üçün İndordakı hindu məbədinə toplaşarkən baş verib. Eni bir neçə metr olan quyunun qapağı aşağı yıxılan çoxlu sayda insanın ağırlığına tab gətirə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR