İndoneziyada zəlzələ zamanı ölənlərin sayı 162-yə çatıb. Onların əksəriyyəti uşaqdır.
APA xəbər verir ki, bu barədə yerli “Kompas” qəzeti məlumat yayıb.
Nəşrin xəbərinə görə, yaralıların sayı 612 nəfərdən çoxdur. Onların əksəriyyətinin vəziyyəti ağırdır.
***
15.35
İndoneziyada zəlzələ zamanı ölənlərin sayı 56-ya çatıb.
APA xəbər verir ki, bu barədə yerli “Kompas” qəzeti məlumat yayıb.
Nəşrin xəbərinə görə, yaralıların sayı 700 nəfərdən çoxdur. Onların əksəriyyətinin vəziyyəti ağırdır.
100-dən çox şəxs itkin düşmüş hesab edilir.
***
13:45
İndoneziyada 5.6 bal gücündə zəlzələ zamanı ölənlərin sayı 44-ə çatıb.
APA AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Qeyd edək ki, zəlzələnin episentri Cakartadan təqribən 75 km cənub-şərqdə, Qərbi Yava adasının Cianjur şəhərində, ocağı isə 10 km dərinlikdə yerləşib.
***
12:40
İndoneziyada 5.6 bal gücündə zəlzələ olub, ölənlər var.
APA AFP-yə istinadən xəbər verir ki, zəlzələnin episentri Cakartadan təqribən 75 km cənub-şərqdə, Qərbi Yava adasının Cianjur şəhərində, ocağı isə 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində 20 nəfər ölüb, 300 nəfər xəsarət alıb.