İran Prezidenti BMT Baş Assambleyasının iclasında iştirak edəcək

İbrahim Rəisi

© APA | İbrahim Rəisi

# 02 avqust 2022 12:13 (UTC +04:00)

İran Prezidenti İbrahim Rəisi ABŞ-ın Nyu-York şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasında iştirak edəcək.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Bahaduri deyib.

O deyib ki, Prezident İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak edəcək.

“Bu məsələ ilə bağlı ilkin planlar hazırlanıb”, - Bahaduri açıqlayıb.

Qeyd edək ki, bu, İbrahim Rəisinin Nyu-Yorka səfəri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ilk iştirakı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR