İran XİN rəhbəri: “Yeni nəsil sentrifuqaların qazlaşdırılması sanksiyalara cavab idi”

İran XİN rəhbəri: “Yeni nəsil sentrifuqaların qazlaşdırılması sanksiyalara cavab idi”
# 02 avqust 2022 14:03 (UTC +04:00)

“Yeni nəsil sentrifuqaların qazlaşdırılması ABŞ-ın yeni sanksiyalarına cavab idi”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian jurnalistlərə açıqlamasında deyib.

O, ötən həftələrdə danışıqların yeni mərhələsinə hazırlaşarkən Amerika tərəfinin qəfildən Beynəlxalq Atom Enerjisi Agentliyində danışıqlar masasında xal qazanmaq məqsədi ilə qətnamə təklif etdiyini bildirərək bunları deyib: “Biz təəccübləndik ki, eyni vaxtda və bu günlərdə dəfələrlə, Amerikanın yaxşı niyyətləri və razılaşmaya qayıtmaqda ciddi olması barədə vasitəçilər vasitəsilə Co Baydendən davamlı mesajlar alırıq. Bu həftə Aİ koordinatoru bir təşəbbüslə çıxış etdi və bütün danışıqlar tərəflərinə mətn göndərdi. Biz bu mətni nəzərdən keçiririk. Dünən ABŞ-ın yeni qətnamə çıxarmasının şahidi olduq. Bu məntiqsiz tədbirlər, Trampın sanksiyaları kimi səmərəsiz sanksiyalar, çılğınlıq iflasa uğrayıb. Amerikanın bu hərəkətinə cavab olaraq, İran qəbul edilmiş qərar əsasında dünən gecədən etibarən yüzlərlə yeni nəsil sentrifuqanın qazlaşdırılması ilə bağlı hərəkətə keçdi".

Qeyd edək ki, İran uranı zənginləşdirmək üçün yüzlərlə yeni sentrifuqaya qazın vurulmasına göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR