İran XİN Türkiyədəki terror aktını pisləyib

İran XİN Türkiyədəki terror aktını pisləyib
# 14 noyabr 2022 11:57 (UTC +04:00)

İran Türkiyəyə qarşı hər hansı terror aktını qətiyyətlə pisləyir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

"Türkiyə millətinin və hökumətinin təhlükəsizliyini hədəf alan istənilən terror aktını qətiyyətlə pisləyirik. Qardaş və dost Türkiyə xalqı və dövlətinin yanındayıq", - N.Kənani bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR